Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş”ın yeni baş məşqçisi o oldu

“Beşiktaş”ın yeni baş məşqçisi o oldu

Tarix: 25 Mart 2022 21:46

Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Super Liqa komandası fransalı məşqçi Valeryen İsmaellə 1+1 illik müqavilə imzalayıb.

O, bu vəzifədə Öndər Karavelini əvəzləyib. Ö.Karaveli komandanın məşqçilər korpusunda yer alacaq.

Xatırladaq ki, fransalı mütəxəssis karyerası ərzində İngiltərənin "Vest Bromviç", "Barnsli", Almaniyanın "Volfsburq", "Nürnberq" və Avstriyanın "LASK" kollektivlərinin baş məşqçisi olub.

Qeyd edək ki, İstanbul təmsilçisi Türkiyə çempionatında növbəti oyununu aprelin 3-də səfərdə "Trabzonspor"a qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Beşiktaşın yeni baş məşqçisi oldu


RƏYLƏR