Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaraciyəri təmizləyən - Qanqal bitkisi çayı

Qaraciyəri təmizləyən - Qanqal bitkisi çayı

Tarix: 25 Mart 2022 22:09

Qanqal bitkisi həm xalq, həm də ənənəvi tibdə qaraciyərin fəaliyyətini yaxşılaşdıran, qaraciyəri təmizləyən bitki kimi tanınır və istifadə olunur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bundan əlavə qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, artıq mayeni xaric edir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır. Qanqalın bu xüsusiyyətləri arıqlamağa kömək edir.

Arıqlamaq üçün qanqal çayı istifadə olunur. Çayın dadını və faydasını yaxşılaşdırmaq üçün ona nanə yarpaqları da əlavə olunur.

Arıqladan qanqal çayının hazırlanması:

1 ç.q. qanqal toxumları və 3-4 nanə yarpağının üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir, yaxşı süzülür. Çayı yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl ilıq halda için. Kurs - 10 gün.

Nəzərə almaq lazımdır ki, bəzi insanlara belə çay ziyan vura bilə. Belə ki, xrokini mədə-bağırsaq sistemi, ciddi qaraciyər xəstəlikləri olan insanlar bu çaydan istifadə etməməlidir. /saglamolun.az/

Milli.Az


Etiketlər:  Qaraciyəri təmizləyən Qanqal bitkisi çayı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ