Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moped və motosiklet sürücüləri qaydaları kobud şəkildə pozurlar - VİDEO

Moped və motosiklet sürücüləri qaydaları kobud şəkildə pozurlar - VİDEO

Tarix: 26 Mart 2022 13:22

Bakıda bəzi moped və motosiklet sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Onlar səkidə piyadalarla bərabər hərəkət edirlər.

Milli.Az Xəzər TV-yə istinadənn xəbər verir ki, bununla bağlı videogörüntülər paytaxtın Nəsimi rayonu, 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində çəkilib.

Bir qrup kuriyer xidməti göstərən moped və motosiklet sürücüsü yolda sıxlıq olduğundan sifarişi müştəriyə tez çatdırmaq üçün qaydaları kobud şəkildə pozaraq səkiyə çıxıblar. Piyadaların getdiyi səkidə bu cür nəqliyyat vasitələrinin də hərəkət etməsi olduqca təhlükəlidir.

Onlar daha sonra isə işıqforun qırmızı işığında yolayrıcına daxil olaraq yollarına davam ediblər.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli həmin sürücülərin kobud qayda pozduqlarını bildirib.

Baş inspektorun sözlərinə görə, elə bunun nəticəsidir ki, son illərdə mopedlərin iştrakı ilə baş vermiş qəzaların sayında ciddi artım var.

Araz Əsgərli deyib ki, moped sürücüləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün müvafiq təkliflər olunub.

Mövcud qanunvericiliyə ediləcək dəyişikliklə qayda pozan moped sürücüləri xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək barələrində inzibati qadada cərimə tətbiq olunacaq. Amma bu qayda təsdiq edilənə qədər hər bir moped sürücüsü özlərinin və digər hərəkət iştrakçılarının həyat və sağlamlıqlarını qorumaq məqsədi ilə yol hərəkəti qaydasına ictimai məsuliyyət hissi ilə yanaşmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Moped motosiklet sürücüləri qaydaları kobud şəkildə pozurlar VİDEO


RƏYLƏR