Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadın mərkəzində yeni quraşdırılan işıq dirəkləri təhlükə mənbəyinə çevrilib - VİDEO

Cəlilabadın mərkəzində yeni quraşdırılan işıq dirəkləri təhlükə mənbəyinə çevrilib - VİDEO

Tarix: 26 Mart 2022 14:46

Cəlilabadda elektrik naqillərinin açıq vəziyyədə qalması insanların həyatı üçün təhlükə yaradır.

Milli.Az Xəzər TV-yə istinadənn xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində müşahidə edilən bu mənzərə bir müddətdir ki, davam edir.

Prospektdə aparılan təmir işləri çərçivəsində yeni işıq dirəkləri quraşdırılıb. Amma naqillər izolyasiya olunmayıb.

Sakinlərin sözlərinə görə, elektrik naqilləri yerin üstü ilə aparıldığından narahatlıq yaradır. Yol boyu uzanan naqillərin böyük hissəsi izolyasiya olunmayıb. Bu isə yaxınlıqdan keçənlərin həyatı üçün təhlükə mənbəyidir.

Məsələ ilə bağlı Cəlilabad şəhər Bələdiyyəsinin sədri Mehdi  Kərimovun bildirdiyinə görə, Heydər Əliyev prospektindəki işıq dirəklərinin naqilləri təmir edilmək üçün ötən ayın əvvəllərindən torpaq üzərinə çıxarılıb. Lakin havaların əlverişsiz keçməsi səbəbindən işlərdə fasilə yaranıb. Havalar normallaşan kimi prosesə start veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Cəlilabadın mərkəzində yeni quraşdırılan işıq dirəkləri təhlükə mənbəyinə çevrilib VİDEO


RƏYLƏR