Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Putin hakimiyyətdən getməlidir" - Baydendən şok bəyanat

Tarix: 26 Mart 2022 22:45

"Tarix bir daha göstərdi ki, Avropadakı münaqişələr zamanı ABŞ-ın müttəfiqlərindən kənarda qalmaması gərəkdir".

Milli.Az Reuters-ə istinadən bildirir ki, ABŞ Prezidenti Co Bayden Varşavada, Kral Sarayı qarşısındakı meydanda çıxış edərkən belə deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin səbəbkarı Rusiya Prezidenti Vladimir Putindir: "Putin hakimiyyətdə qalmamalıdır. İnanıram ki, müharibə sıravi rusiyalıların iradəsinə zidd aparılır. 200 min rusiyalının son ayda ölkəni tərk etməsi də dediklərimə dəlalət edirö. Bu, qısa müddətdjə ağlagəlməz "beyin axını"dır".

C.Bayden daha sonra bildirib ki, onillər boyu Rusiya liderləri və siyasətçilərlə əməkdaşlıq edib, rusiyalıları da amerikalılara düşmən saymır.

"İnanmaq istəmirəm ki, günahsız uşaqların, qocaların qətlini alqışlayırsınız, yaxud da uşaq bağçalarının, doğum evlərinin, məktəblərin bombalanmasını qəbul edirsiniz. Rusiyanın yürütdüyü siyasət böyük millətin hərəkətləri deyil. Vladimir Putinə gəldikdə isə, əminəm ki, o, NATO-nu parçalayacağını, Şərq və Qərb cinahları məhdudlaşdıracağını, ötən tarix əsasında millətləri bölə biləcəyini düşünürdü. Amma edə bilmədi - biz bir olduq", - Bayden deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə Rusiyanın faciəli strategji səhvi oldu: "Putin deyir ki, Ukraynada denasifikasiya aparmaq istəyir. Yalandır, onun məqsədi yəhudi olan, qanuni seçilən, babası nasist Almaniyası ilə vuruşmuşi Zelenskini devirməkdir. Vəziyyəti stabilləşdirmək üçün Kremlə real təkliflər etdik, amma Kreml onların hamısını rədd etdi. Xəbərdar edib deyirdik ki, onlar Ukraynaya qoşun yeridəcəklər. Onlar isə deyirdilər "Xeyr, sadəcə hərbi təlimlər keçiririk, hücum etmək fikrimiz yoxdur"".

ABŞ Prezidenti daha sonra bəyan edib ki, Rusiya dünyadan təcrid olunub - Rusiya indiyədək 21-ci əsrin ölkəsi idi, indi 19-cu əsrin ölkəsidir.

"Rusiyadakı iqtisadi vəziyyəti pisləşdirmək üçün Qərb birlşədi. Rusiyadan enerjidaşıyıcılarının idxalı yasaqlanıb, Rusiya rəhbərlərinə və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiş olunub, Rusiyanın 400-dən artıq şirkəti sanksiyalar altındadır. Korrupsiya vasitəsilə nəhəng məbləğdə pullar qazanmış rusiyalı oliqarxlar indi ağrını bölüşməlidir. 400-dən artıq şirkət, hətta McDonalds Rusiyanı tərk edib. Rubl kağıza dönüb: qara bazarda 1 dollar 200 rubl olub", - Co Bayden bəyan edib.

Milli.Az


Etiketlər:  Putin hakimiyyətdən getməlidir Baydendən şok bəyanat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ