Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 21:52
Bakı. Trend:
Yaponiyada tüğyan etmiş "Faksay" qasırğası ilə əlaqədar Narita hava limanında 17 min sərnişin qalıb.
Trend-in məlumatına görə, təbiət hadisəsi ilə əlaqədar avtobus və qatarların hərəkəti dayanıb.
Hava limanında qalan sərnişinlərə yataq çantaları, su və qida verilib.
Bundan başqa, üç prefekturada elektrik enerjisi kəsilib. Hökumət xəstəxana və sığınacaqlarda enerjinin kəsintisiz verilməsi üçün 200-dən çox generator quraşdırmağı planlaşdırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin