Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı nümayəndələrin zəhərlənməsi xəbərinə Kiyevdən CAVAB

Ukraynalı nümayəndələrin zəhərlənməsi xəbərinə Kiyevdən CAVAB

Tarix: 28 Mart 2022 21:40

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak "Bellingcat"ın Ukrayna-Rusiya danışıqlarında iştirak edən 3 nümayəndənin kimyəvi silahla zəhərlənə biləcəyi barədə məlumatını şərh edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Podolyak bu məlumatı informasiya təxribatı adlandırıb: "Bu gün danışıqlar qrupunun bütün üzvləri adi qaydada işləyirlər. İnformasiya sahəsində çoxlu informasiya spekulyasiyaları, müxtəlif konspirasiya nəzəriyyələri və bu və ya digər informasiya oyununun elementləri var. Ona görə də bir daha təkrar edirəm - danışıqlar qruplarının üzvləri bu gün adi rejimdə işləyirlər". Lakin Podolyak adıçəkilən şəxslərdə zəhərlənmə əlamətlərinin olmadığını deməyib. 

Qeyd edək ki, zəhərlənənlər sırasında rusiyalı oliqarx Roman Abramoviç və deputat Rustem Umerovun adları çəklilir.


Etiketlər:  Ukraynalı nümayəndələrin zəhərlənməsi xəbərinə Kiyevdən CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ