Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 23:16
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlayacağını açıqlayıb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə maliyyə təşkilatının yaydığı bəyanatda deyilir.
"AYİB Moskva və Minskdəki daimi nümayəndəliklərini bağlamaq prosesində olduğunu elan edir. Ofislərin bağlanması ilə bağlı qərar Rusiya Federasiyasının Belarusun köməyi ilə atdığı addımların qaçılmaz nəticəsidir", - bankdan bildiriblər.