Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 14:44
ABŞ Müdafiə Nazirliyi Rusiyanın mövcud dünya nizamına ciddi təhlükə törətməsinə baxmayaraq, əsas təhdid kimi Çini görür.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks deyib.
Onun fikrincə, Rusiyanın dünya nizamı üçün ciddi təhlükə yaratmasını Ukraynadakı müharibə sübut edir.
Lakin buna baxmayaraq, Pentaqon rəsmisi yalnız Çinin beynəlxalq sistemə və ABŞ-ın buradakı maraqlarına meydan oxumaq üçün hərbi, iqtisadi və texnoloji potensiala malik olduğunu bildirib.