Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynada ''asayiş'' üçün könüllülər toplayır

Rusiya Ukraynada ''asayiş'' üçün könüllülər toplayır

Tarix: 29 Mart 2022 17:56

Ruslar demək olar ki, bütün Xerson vilayətinə, Zaporojyenin əhəmiyyətli hissəsinə, Sum, Çerniqov, Kiyev və Xarkov vilayətlərinin bəzi ərazilərinə nəzarət edirlər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

"Həmçinin, düşmən Donetsk və Luqansk vilayətlərində mövcudluğunu xeyli artırıb. Müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərinə nəzarət etmək üçün işğalçı ölkə "asayişi" qorumaq üçün "könüllülər" toplayır.

Namizədlər üçün əsas tələblər qənaətbəxş sağlamlıq vəziyyətidir. Hərbi xidmət təcrübəsi tələb olunmur. Həmçinin, məhkumluğu ləğv olunmuş insanları da aparırlar.

Eyni zamanda, işğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə rublu dövriyyəyə buraxmağa çalışırlar. O cümlədən, Xerson vilayətində, işğal altında olan Geniçeskdə yerli sakinlərə 10 min rubl "müavinət" verilir", - Qərargahın məlumatında qeyd olunub.


Etiketlər:  Rusiya Ukraynada asayiş üçün könüllülər toplayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ