Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Böyük itki verən ruslar Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” - Britaniya kəşfiyyatı

“Böyük itki verən ruslar Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” - Britaniya kəşfiyyatı

Tarix: 30 Mart 2022 10:24

"Rusiyanın Donetsk və Luqanskdakı hücumlara diqqət yetirməsi, görünür, onun birdən çox əhəmiyyətli hücum xəttini var gücü ilə saxlamağa çalışmasının susqun etirafıdır".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Böyük itki verən Rusiya bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar.

Bu fəaliyyət Rusiyanın onsuz da gərgin vəziyyətdə olan logistikasına əlavə təzyiq göstərir və Rusiyanın Ukraynadakı ön bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.

Rusiya, çox güman ki, məhdud yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək", - məlumatda vurğulanıb.


Etiketlər:  Böyük itki verən ruslar Belarus Rusiyaya qayıtmağa məcbur olublar Britaniya kəşfiyyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ