Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səhranın bəyaz günəşi” filminin yaranmasından 54 il ötür - FOTO

“Səhranın bəyaz günəşi” filminin yaranmasından 54 il ötür - FOTO

Tarix: 30 Mart 2022 22:21

Sovet dövrünün filmləri sırasında özünəməxsus yer tutan, dəyərli sənət nümunələrindən olan, yarım əsrlik tarixi geridə qoyan "Səhranın bəyaz günəşi" filminin yaranmasının 54 ili tamam olur.

Sonxeber.net AZƏRTAC-a istinadən filmlə bağlı maraqlı faktları oxuculara təqdim edir.

1968-ci ildə "Mosfilm" və "Lenfilm" studiyalarının birgə istehsalı olan, Valentin Yejov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında ekranlaşdırılan "Səhranın bəyaz günəşi" adlı filmin sınaq çəkilişlərinə başlanılır. Mövzuya əsasən filmdə hadisələr 1920-ci illərin əvvəllərində Xəzər dənizinin şərq sahilində baş verir.

Filmin taleyi maraqlı olduğu qədər də keşməkeşli olub. Belə ki, filmin ideyası ilk baxışdan təsadüfən ortaya çıxıb.

Xatırladaq ki, film hazır olduqdan sonra bir çox kadrlar çıxarılıb. R.İbrahimbəyov bu barədə deyib: "Kəsilən hissələrdə Abdullanın arvadı onun ölmüş cəsədinin yanında oturub ağlaması, Qızıl Ordu əsgəri Suxovun səhrada dolanması, hətta xilaskar kimi yox, yeni başçı kimi dolanması var idi. Bundan başqa, hərəmlərdən biri səhrada üzərində "Karl Marks" yazılmış kitabı oxuyur. Doğrusu, iki variant çəkilmişdi. Birində imza yaxşı görünür, ikincidə isə budaq onun üstünü örtür...Doğrudur, biz hesab edirik ki, kəsilən kadrlar film üçün itkidir. Ancaq Sovet senzurası əvvəlcə filmə çox həssas yanaşdı. Valentin Yejov filmin müzakirəsini belə bir elanla başladı ki, hərəmxana bardaqxana deyil. Bu, olduqca abırlı sosial institutdur, ona görə də, filmdə belə bir şeyin olmasında pis heç nə yoxdur."

Ssenarinin çəkilişindən tutmuş sınaq çəkilişlərinə qədər, sonrakı proseslərdə filmin təqdimatında olan müzakirələr, bəzən tənqidi məqamlar, ancaq nə olur, olsun öz dövrü üçün önəmli sənət nümunəsi kimi qəbul edilən "Səhranın bəyaz günəşi" filmi böyük əks-səda yaradıb. 1970-ci ildə filmin prokatı reytinqdə lider olub. Bir ildə filmə 50 milyon adam baxıb. Bəlkə də ona görə ki, inqilab filmin mövzusu deyil, əksinə müəyyən bir fon rolunu oynayıb.


Etiketlər:  Səhranın bəyaz günəşi filminin yaranmasından ötür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ