Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Human Rights Watch”: Rusiya qadağan edilmiş minalardan istifadə edib

“Human Rights Watch”: Rusiya qadağan edilmiş minalardan istifadə edib

Tarix: 30 Mart 2022 22:22

"Rusiya Ukraynanın Xarkov regionunun şərqində piyada əleyhinə qadağan edilmiş "POM-3" (Medallion) minalarından istifadə edib".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Human Rights Watch" məlumat yayıb. Bildirilib ki, minalar martın 28-də Ukraynanın partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu tərəfindən aşkarlanıb.

"Rusiyanın 16 metr radiusda insanları fərq qoymadan öldürə və ya yaralaya bilən yeni yerləşdirilmiş bu minalara malik olduğu məlumdur", - deyə HRW-nin məlumatında qeyd olunub.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri bu minalara, eləcə də onların daşınması sistemlərinə malik deyil.

Əlavə olunub istifadə edilən model Rusiyanın yeni inkişaf etdirdiyi "POM-3" minalarının yeni versiyasıdır. Seysmik sensorlarla təchiz edilən bu minalar insanların yaxınlaşmasını müəyyənləşdirərək havada partlayır. Nəticədə minadan ayrılan qəlpələr 16 metr radiusda ölümcül təsir yarada bilir.

Qeyd edək ki, bu tip minalardan istifadə 1997-ci ildə imzalanan minaların qadağan edilməsi haqqında Ottava Razılaşması ilə qadağan edilib. Həm Rusiya, həm də Ukrayna həmin razılaşmanı imzalayan ölkələr arasındadır.


Etiketlər:  Human Rights Watch Rusiya qadağan edilmiş minalardan istifadə edib


RƏYLƏR