Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 11:50
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın görüşü planlaşdırılır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Dəqiq tarix demək mümkün olmasa da , 1-2 həftə içində Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü olacaq", - nazir qeyd edib.
Çavuşoğlu vurğulayıb ki, XİN başçılarının görüşü İstanbulda baş tuta bilər.