Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 15:50
Xanəndə Zabitə Alıyeva "Günün sədası " proqramında qonaq olarkən çətin keçən uşaqlığı ilə bağlı açıqlamalar verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki,verilişdə sənətçinin həyat hekayəsi haqqında süjet yayımlanıb.
Z. Əliyevanın hələ kiçik yaşlarından ailəsi ilə birgə yataqxanada yaşadığı məlum olub. Bildirilib ki, sənətçinin atası işinə görə Bakıya köçüb. Onlar uzun müddət yataqxanada yaşayıblar. Zabitə hər zaman anasının və özünün ev arzusunu reallaşdırmaq istəyib.
Xanəndə deyib ki, valideynləri onları əziyyətlərlə böyüdüblər:
"İndi məni efirdə ifa edəndə həyəcanlanırlar. Deyirəm axı illərdir səhnədəyəm, siz buna öyrəşməlisiz. Amma onları da başa düşürəm. Bu günlərə gələ bilməyimiz üçün əziyyət çəkiblər. Bizi əziyyətlərlə böyüdüblər. Ona görə qürur duyurlar".