Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 18:40
Xəbər veridiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova, həyat yoldaşı, şoumen Maksim Qalkin və övladları Rusiyanı tərk edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Правда.ру" saytı mühacirət edən cütlüklə bağlı yeni məlumat yayıb. Nəşr iddia edib ki, Puqaçovanın Rusiyaya tezliklə qayıtması ilə bağlı bəyanatlarına baxmayaraq, o, uzun müddət İsraildə məskunlaşmağa hazırlaşır. Belə ki, sənətçi İsrail vətəndaşlığı almaq üçün lazimi sənədləri toplayaraq müraciət edib.
Qeyd olunub ki, həyat yoldaşının yəhudi köklərinin olması onun vətəndaşlıq almasını asanlaşdıracaq.
Nəşr onu da bildirib ki, onlar övladları Harri və Liza üçün yeni məktəb axtarışındadırlar.
Qeyd edək ki, bundan əvvəl "CT News" A.Puqaçovanın İsraildə televiziyada iş tapdığını yazmışdı.