Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar strategiyalarını dəyişib - Yermak

Ruslar strategiyalarını dəyişib - Yermak

Tarix: 31 Mart 2022 20:26

Ukrayna Rusiyanın cəbhənin müəyyən bölgələrində qoşunların çıxarılması ilə bağlı bəyanatlarının real təsdiqini görmür.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

"Hesab edirik ki, onlar plan və strategiyalarını dəyişiblər. Amma bu, təəssüf ki, müharibənin dayandırılması demək deyil. Deyə bilərəm ki, vəziyyət olduqca ağır olaraq qalır. Xüsuslə humanitar vəziyyət çox pisdir", - Yermak bildirib.

Onun sözlərinə görə, ən pis humanitar vəziyyət Mariupol şəhərindədir:

"Orada insanlar acından, susuzluqdan ölürlər, amma ruslar onlara şəhərdən çıxmağa icazə vermirlər".


Etiketlər:  Ruslar strategiyalarını dəyişib Yermak


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ