Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon Ukrayna münaqişəsinin uzanacağını ehtimal edir

Pentaqon Ukrayna münaqişəsinin uzanacağını ehtimal edir

Tarix: 1 Aprel 2022 07:56

Rusiya qüvvələrinin əsas hissəsinin Donbasda cəmləşməsi və burada güclü Ukrayna ordusu ilə üzləşməsi münaqişənin uzanacağı barədə düşünməyə əsas verir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

Mənbə Rusiya qüvvələrinin Çernobıldan və Qostomel aeroportundan çəkildiyini təsdiqləsə də, bunu yalnız mövqe dəyişməsi olduğunu bildirib.

"Bizim əlimizdə bu əsgərlərin evlərinə qayıtması və ya döyüşdən kənarlaşdırılmasına dair heç bir məlumat yoxdur. Belə hesab edirik ki, bu qüvvələr yenidən komplektləşdirilərək döyüşü davam etdirmək üçün Ukraynaya göndəriləcək. Xüsusən də Donetsk və Luqansk regionlarına" - deyə mənbə qeyd edib.


Etiketlər:  Pentaqon Ukrayna münaqişəsinin uzanacağını ehtimal edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ