Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya Putinin təbliğatçılarına sanksiya tətbiq etdi - SİYAHI

Britaniya Putinin təbliğatçılarına sanksiya tətbiq etdi - SİYAHI

Tarix: 1 Aprel 2022 15:50

Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı başladığı müharibə ilə bağlı yalan məlumat yayan 14 təbliğatçıya və dövlət mediasına qarşı sanksiya tətbiq edib.

Sonxeber.net lent.az-a istinadla bildirir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onların arasında Rusiyanın "Rossiya" dövlət televiziyasının tanınmış teleaparıcısı və Putinin təbliğatçısı Sergey Brilev də var.

Əvvəllər Böyük Britaniyada yaşayan Brilev bundan sonra İngiltərədəki aktivlərinə daxil ola bilməyəcək və biznes əlaqələrini davam etdirə bilməyəcək.

Hökumət həmçinin dövlətə məxsus media qurumlarına qarşı birbaşa sanksiyalar tətbiq edir. Birbaşa sanksiya tətbiq edilənlər Kreml tərəfindən maliyyələşdirilən "TV Novosti", keçmiş "Russia Today" və "Sputnik" xəbər agentliyinə nəzarət edən "Rossiya Seqodnya"dır.

Sanksiyaya məruz qalan digər təbliğatçılara aşağıdakılar daxildir:
 
• Aleksandr Jarov, "Qazprom-Media"nın baş direktoru və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Xidmətin (Roskomnadzor) keçmiş rəhbəri;

• Aleksey Nikolov, RT-nin idarəedici direktoru və Beynəlxalq Jurnalistikanın İnkişafı Assosiasiyasının həmtəsisçisi;

• Anton Anisimov, "Sputnik"in baş redaktoru;

• Vladimir İliç Maksimenko, Strateji Mədəniyyət Fondunun direktoru;

• Andrey Qriqoryeviç Areşev, Strateji Mədəniyyət Fondunun direktoru;

• İrina Sergeevna Bubnova, Strateji Mədəniyyət Fondunun sosial media redaktoru;

• Anton Bespalov, Strateji Mədəniyyət Fondunun sosial media redaktoru;

• Sergey Saenko, Strateji Mədəniyyət Fondunun Sosial Media redaktoru;

• Natalya Skoroxodova, Strateji Mədəniyyət Fondunun İnsan Resursları və Maliyyə üzrə məsul işçisi;

• Svetlana Zamlelova, "Kamerton" jurnalının baş redaktoru.


Etiketlər:  Britaniya Putinin təbliğatçılarına sanksiya tətbiq etdi SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ