Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputatın bacısı oğlunu maşınla vurub öldürən şəxsə hökm oxundu

Deputatın bacısı oğlunu maşınla vurub öldürən şəxsə hökm oxundu

Tarix: 1 Aprel 2022 22:02

Hacıqabul rayon Məhkəməsində ötən il dekabrın 1-də axşam saat 19:35 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yolu keçməyə çalışan Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə vurub öldürən 1995-ci il təvəllüdlü Alik Əzizova hökm oxunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, A.Əzizov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə sürücünün üç il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə hökm edib.

Qeyd edək ki, hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur. O, iki il əvvələ kimi Hacıqabul RPŞ-də çalışıb.

Mərhumun ailəsi hadisəni törətmiş sürücünün ailəyə maddi yardım etməklə bağlı təklifindən imtina edib.

Milli.Az


Etiketlər:  Deputatın bacısı oğlunu maşınla vurub öldürən şəxsə hökm oxundu


RƏYLƏR