Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı ən zəngin beş milyarderin adı açıqlanıb

Rusiyalı ən zəngin beş milyarderin adı açıqlanıb

Tarix: 2 Aprel 2022 09:28

"Bloomberg"in ("Bloomberg Billionaires Index") məlumatına əsasən 1 aprel tarixinə görə 22 rusiyalı milyarderlərin varidatı ümumilikdə 299,47 milyard dollar təşkil edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2022-ci ilin əvvəlindən etibarən bu məbləğin 50,1 milyard dollara qədər azaldığı qeyd olunur.

Hazırda Rusiyanın ən zəngin beş milyarderi bu şəxslərdir:

Vladimir Potanin - 29,4 milyard dollar sərvəti var

Leonid Mixelson - 27,5 milyard dollar sərvətə sahibdir

Aleksey Mordaşov - 23,1 milyard dollar sərvətə malikdir

Vladimir Lisin - 23 milyard sərvətə sahibdir

Əlişir Usmanov - 19,8 milyard sərvətə sahibdir

Məlumatda qeyd olunur ki, "Lukoil"in rəhbəri Vahid Ələkbərov Rusiyada ən çox sərvət itirən milyarderlər sırasında birincidir. 

Onun sərvəti 2022-ci ilin əvvəlindən 17,4 milyard dollar azalıb.

İndi V. Ələkbərovun sərvəti 5,36 milyard dollar qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Rusiyalı zəngin beş milyarderin adı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ