Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 14:42
Bu gün Ukraynada mülki əhalinin təxliyəsi üçün 7 dəhlizin açılması gözlənilir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bildirib.
O, mühasirədə qalan Mariupoldan hökumətin nəzarətindəki Zaporejye şəhərinə əhalinin təxliyəsi üçün açılacaq dəhlizin də bu siyahıda olduğunu qeyd edib.
Ötən gün Ukraynanın şəhərlərindən ümumilikdə 6 266 nəfərin təxliyə edildiyi vurğulanıb.