Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şəfəq-Asiman" blokunda kəşfiyyat quyusu üçün ətraf mühitə təsir qiymətləndirməsi oktyabrda aparılacaq

Tarix: 11 Sentyabr 2019 15:03

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan hökuməti oktyabr ayında “Şəfəq-Asiman” dəniz blokunda kəşfiyyat quyusunun qazılması ilə bağlı ətraf mühitə təsir qiymətləndirməsi aparacaq.

Trend-in məlumatına görə, bunu “BP Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı qiymətləndirmənin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, sənəd təsdiqləndikdən sonra 2019-cu ilin sonunda SAX01 kəşfiyyat quyusunun qazılmasına başlanacaq. Quyunun yeri seysmik kəşfiyyatın nəticələri əsasında müəyyən edilib.

BP bu ilin dördüncü rübündə “Şəfəq-Asiman” yataqlar blokunda kəşfiyyat qazıntısına başlamağı planlaşdırır.


Etiketlər:  Şəfəq Asiman blokunda kəşfiyyat quyusu üçün ətraf mühitə təsir qiymətləndirməsi oktyabrda aparılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ