Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 18:08
Argentinada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən iki metrlik sosial məsafəni qorumaq tələbi ləğv edilib.
Sonxeber.net report-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin bu barədə qərarı Argentina Respublikasının rəsmi bülletenində dərc olunub.
Eyni zamanda, nazirlik qapalı yerlərdə maskaların taxılmasına davam etməyi tövsiyə edir.
Qurum bu qərarını ölkə sakinlərinin 80%-nin koronavirusa qarşı tam peyvənd olunması və son doqquz həftə ərzində yoluxma hallarının sayında müntəzəm azalma olması ilə izah edib.