Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yəməndə atəşkəs qüvvəyə minib

Yəməndə atəşkəs qüvvəyə minib

Tarix: 2 Aprel 2022 20:18

Yəməndə 8 il davam edən münaqişədən sonra müvəqqəti atəşkəs qüvvəyə minib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, atəşkəs yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başlayıb.

BMT-nin ölkə üzrə nümayəndəsi Hans Qrundberq bildirib ki, husilər BMT-nin və ərəb koalisiyasının müvafiq təklifinə müsbət cavab veriblər. Tərəflər bütün yerüstü, hava və dəniz əməliyyatlarını dayandırmaq barədə razılığa gəliblər.

Ramazan ayı üçün nəzərdə tutulmuş atəşkəs razılığının yenilənə biləcəyəyi də razılaşmada yer alır.

Milli.Az


Etiketlər:  Yəməndə atəşkəs qüvvəyə minib


RƏYLƏR