Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saçlar və faydalı bitki yağları

Saçlar və faydalı bitki yağları

Tarix: 2 Aprel 2022 23:12

Yerfındığı yağı.
Saç və saç dərisini nəmləndirir. Ən çox saç kəsildikdən sonra qalan qayçı izlərinin aradan götürülməsində yardımçı olur. Belə ki, qayçı izlərini və saçqıranları yumşaldır, nəmləndirir və sığallı edir.
Zeytun yağı.
Zeytun yağının bir çox müalicəvi xüsusiyyətlərini hamı bilir. Amma onun saç dərisi və saçlar üçün ən yaxşı nəmləndirici olması barədə az adamın məlumatı var. Belə ki, zeytun yağı saçları nəmləndirməklə yanaşı onları gücləndirir və tez uzanmasına səbəb olur. Zeytun yağı saç üçün istifadə edilə biləcək ən faydalı yağlardan hesab edilir.
Fındıq yağı.
Fındıq yağı cansız və quru saçları nəmləndirir və onları canlandırır. Onun saç dərisinə də faydası böyükdür. Bu yağ saç dibinə sürtüldükdə saçlar gurlaşır.
Bibəriyyə yağı.
Saç köklərini qidalandıran bibəriyyə yağı saç dərisi xəstəliklərini aradan qaldırır, saç köklərini möhkəmləndirir. Bibəriyyə yağı kəpəyə qarşı mübarizədə də ən yaxşı köməkçi sayılır.
Qoz yağı.
Qoz yağı vasitəsilə saç dibləri massaj edildikdə dibləri bərkiyir, saçlar gurlaşır. Qoz yağı saç tellıərini də qalınlaşdırmaq qabiliyyətinə malikdir.
Avokado yağı.
Avokado yağı A, C, D, E vitaminləri ilə zəngindir. Bu yağ saç üçün ideal möhkəmləndirici vasitə sayılır. Tərkibində olan protein və amin turşuları kimi qidalandırıcı vasitələr sayəsində avokado yağı saçlarda möcüzələr yaradır.
Arqan yağı.
Saçlara qulluq dedikdə ilk növbədə ağıla gələn müalicə vasitələrindən biri də arqan yağıdır. Arqan yağı tərkibində olan vitaminlərin sayəsində saçları gurlaşdırır, dibini möhkəmləndirir və saçların ucunu haçalanmaqdan qoruyur.
Bu porta

Milli.Az


Etiketlər:  Saçlar faydalı bitki yağları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ