Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ilk burun peyvəndi qeydə alındı: Kimlərə qadağandır?

Dünyada ilk burun peyvəndi qeydə alındı: Kimlərə qadağandır?

Tarix: 3 Aprel 2022 02:24

Rusiya Federasiyasının Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması üçün dünyada ilk burun peyvəndi olan "Qam-Kovid-Vak"ı ("Sputnik V") qeydiyyata alıb. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Dərman iki komponentdən ibarətdir və üç həftəlik fasilə ilə xəstənin burun boşluğuna xüsusi sprey başlığı vasitəsilə yeridilir.

Burun peyvəndindən istifadə, adi bir peyvənd kimi, yalnız bu sahə üzrə ixtisaslaşmış tibbi müəssisənin şərtlərinə uyğun icazə verilir.

Dərman üçün təlimatda göstərildiyi kimi, COVID-19-a qarşı burun peyvəndinin istifadəsinə əks göstərişlər ağır allergik reaksiyalar, komponentlərə qarşı yüksək həssaslıq və kəskin xəstəlikdir. 

Sözügedən peyvənddən istifadə 18 yaşdan kiçik şəxslərə icazə verilməsə də, hamiləlik dövründə və ya uşağına süd verən ana üçün qadağan edilmir. 


Etiketlər:  Dünyada burun peyvəndi qeydə alındı Kimlərə qadağandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ