Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə 2-3 həftəyə bitəcək - Arestoviç

Müharibə 2-3 həftəyə bitəcək - Arestoviç

Tarix: 3 Aprel 2022 14:08

Müharibənin nəticəsi 2-3 həftəyə bəlli olacaq.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç işğaldan azad edilmiş İrpenə səfəri zamanı deyib.

O bildirib ki, Ukraynanı Mariupol uğrunda çox çətin döyüş gözləyir:

"Mariupol azad edilməlidir, biz onu tərk edə bilmərik. Və biz artıq müəyyən tədbirlər görürük. Müharibənin birinci taleyini əsasən şimaldakı yürüş həll edirdisə, indi ikincisi şərqdədir. Düşünürəm ki, hər şey bizim xeyrimizə həll olunacaq. Onların bu mərhələni aktiv şəkildə davam etdirmək üçün ehtiyatları yoxdur. Bu ehtiyatları toplamaq üçün ən azı 2-3 ay vaxt lazımdır. Sanksiyalar iqtisadiyyatı bitirəcək. Yəni, indi 2-3 həftə ərzində qərar verilməlidir. Mən tez-tez 2-3 həftə deyirdim, amma bu, ikinci mərhələnin əvvəlindəndir. Elə indi başlayır. Düşünürəm ki, üç gündən sonra onlar fəal şəkildə getməlidirlər və bundan 2 həftə sonra hər şey həll olunacaq".

O, həmçinin əlavə edib ki, onun fikrincə, rus qoşunları Kiyev vilayətinin şimalına qayıtmayacaq.


Etiketlər:  Müharibə həftəyə bitəcək Arestoviç


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ