Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həmzə bin Hüseyn şahzadə titulundan imtina edib

Həmzə bin Hüseyn şahzadə titulundan imtina edib

Tarix: 3 Aprel 2022 19:52

İordaniya kralı II Abdullahın ögey qardaşı Həmzə bin Hüseyn şahzadə titulundan imtina edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, o, bu barədə "Twitter"də yazıb.

Həmzə bin Hüseyn mesajında ​​"İordaniyaya sadiq qaldığını" və şəxsi həyatında "vətənə və İordaniya xalqına xidmət edəcəyini" qeyd edib.

Xatırladaq ki, İordaniya xüsusi xidmət orqanları istintaq zamanı sabiq vəliəhd şahzadə Həmzə Bin Hüseynin şübhəli fəaliyyətinin ölkənin təhlükəsizliyinə təhdid yaratdığını müəyyənləşdirmişdi.


Etiketlər:  Həmzə Hüseyn şahzadə titulundan imtina edib


RƏYLƏR