Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslər risk altındadır

Bu şəxslər risk altındadır

Tarix: 3 Aprel 2022 21:36

Psixoterapevt Natalya Qryaznova yazda səhhətlərində kəskinləşmə riski olan insanların qruplarını açıqlayıb.

Sonxeber.net xəbər verir ki, mütəxəssis bunu qışda günəş və vitamin çatışmazlığı, maddələr mübadiləsinin yavaşlaması və stress hormonu kortizolun yüksək istehsalı ilə əlaqələndirib.  

"Yazda metabolik proseslər sürətlənir, bu, fiziki və ruhi xəstəlikləri olan insanlarda vəziyyətin pisləşməsinə səbəb ola bilər. Emosional qeyri-sabitliyi, nevrotik pozğunluqları və hormonal disbalansı olan insanlar risk altındadır. Bu dövrdə panik ataka məruz qalan insanlar da ümumi vəziyyətlərində əhəmiyyətli dərəcədə pisləşmə hiss edə bilərlər. Həmçinin, alkoqol və ya psixoaktiv maddələrdən sui-istifadə, şiddətli stress, qeyri-adekvat və ya balanssız qidalanma da təsiredici amillər arasındadır. Tükənmişlik simptomlarına yuxululuq və ya yuxusuzluq, o cümlədən tez-tez soyuqlamaq daxildir. Xroniki yuxu çatışmazlığı və emosional tükənmə həddindən artıq yüklənməyə, daha sonra depressiyaya və ya psixi pozğunluğa səbəb ola bilər. Bundan əlavə, simptomlar hər kəsin fərdi temperamentindən asılıdır, xolerik və melanxolik insanlar daha çox risk altındadır", - Qryaznova izah edib.

O, narahatedici simptomlara vaxtında diqqət yetirməyi və əlamətlər müşahidə edilərsə, yüksək ixtisaslı həkimdən kömək istəməyi tövsiyə edib. (publika.az)


Etiketlər:  şəxslər risk altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ