Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqqasənin ad gününə kim necə geyindi? - FOTOlar

Rəqqasənin ad gününə kim necə geyindi? - FOTOlar

Tarix: 4 Aprel 2022 16:55

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyeva böyük ad günü edib. Gecəyə şou-biznesin tanınmış simaları qatılıblar.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, tanınmış xanımlar geyimləri ilə bir-biriylə yarışa giriblər. Məclisə kim necə geyindi?

Xalq artisti Aygün Kazımova ad gününə ancaq mahnı oxumaq üçün qatılıb. Müğənni ağ arxası uzun, ön hissəsi qısa olan ətək seçib. Kazımova gümüşü kofta və papaqla tərzini tamamlayıb. Müğənni gümüşü və şəffaf ayaqqabı ilə görünüşünü tamamlayıb. Aksessuara gəldikdə isə Aygün əlcək və yalnız sırğadan istifadə edib.  

Xalq artisti Nisə Qasımova da məclisdə qonaqlar sırasında yer alıb. Müğənni qara uzun paltar geyinib. O, parıltılı geyimini qaşlı çərçivəli eynəklə tamamlayıb.

Xalq artisti Məleykə Əsədova məxmər qara və bordo rəngin qarışığı olan uzun libas geyinib. Aktrisanın uzun libası dərin ayaq yarığı ilə diqqət çəkib. Əsədova ağ qızıl dəsti ilə tərzini tamamlayıb.

Əməkdar artist Manana Çaparidze isə qızılı dəst seçib. O, qızılı ətək, eyni rəngdə kofta və üst geyimindən istifadə edib. Manana çantasını və ayaqqabısını da qızılı rəng seçib.

Əməkdar artist Nahidə Orucova da gecəyə xüsusi hazırlaşanlar sırasında olub. Aktrisa göy rəngli ziyafət geyimi geyinib. 

Müğənni Günay İbrahimli isə özünə məxsus olan geyim evindən seçim edib. Qara, qızılı ətək və cins top geyinən Günay "Versace" brendindən olan kəmərlə tərzini tamamlayıb. 

Əməkdar artist Nigar Şabanova isə ad günü üçün qara tərz seçib. Onun geyimi başdan ayağa qara rəngdə olub. 

Aparıcı Aytəkin Mərdanova isə firuzəyi rəngli tulum seçib. O, tulumunu qızılı ayaqqabı ilə tamamlayıb. 

Rəqqasə Rəna Ağamuradova (Renka) isə ağ geyimə üstünlük verib. O, tül donunu qara ayaqqabı ilə tamamlayıb.

Müğənni Roza Zərgərli də gecədə ağ-qara geyimə üstünlük verənlərdən olub. İfaçı qara libasını ağ pencəklə və qara-ağ ayaqqabı ilə tamamlayıb.

Müğənni Sevda Yahyayeva da ad günü üçün ağ köynək və qara ətək seçib. İfaçı qara ayaqqabı ilə sadə tərzini tamamlayıb.

Gecənin səbəbkarı Fatimə Fətəliyeva isə məclisdə 3 libas dəyişib. Fatimə ilk olaraq qonaqların qarşısına qara-qızılı geyimlə çıxıb. Daha sonra o, paltarını dəyişərək çəhrayı don geyinib. Gecənin sonunda isə rəqqasə yaşıl uzun libas geyinib. 


Etiketlər:  Rəqqasənin gününə necə geyindi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ