Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 20:44
"İstanbulu ürəyim istədiyi kimi gəzmək istəyirəm, amma alınmır".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri türkiyəli pop-ulduz Ajda Pekkan deyib.
Müğənni məşhurluğu səbəbindən heç vaxt metroya minmədiyini etiraf edib: "Məsələn, Kapalıçarşını, Tahtakaleni, Perşembe bazarını və ya Galatanı gəzmək istəyirəm, amma uzun illərdir buralara getmirəm. Metrobus, İDO-ya (İstanbul dəniz avtobusu-red.) heç minməmişəm, çox maraqlı gəlir. Metroya da heç minməmişəm. Paroxoda da çox istəyirəm minim. Atam dəniz qüvvələrində polkovnik idi, uşaqlığımda onunla minirdik. O günləri hələ də xatırlayıram".