Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 10:32
Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən Səlminaz Rüstəmovanın meyiti tapılıb.
Bu barədə APA-ya onun yaxınları məlumat verib.
1971-ci il təvəllüdlü S.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Şabran rayonu ərazisindən keçən yeni kanaldan aşkar edilib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, S.Rüstəmova yanvarın 4-də özünü Samur-Abşeron kanalına ataraq intihar etmişdi.
Onun atası da uzun illər əvvəl özünü eyni kanala ataraq intihar edib.