Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 17:18
PSJ-nin hücumçusu Lionel Messi uşaqları ilə futbol oynayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin birində videonu argentinalı futbolçunun həyat yoldaşı Antonella Rokuzzo yayıb.
"Qızıl top"un yeddiqat qalibi evinin həyətində oğulları Tiaqo, Mateo və Çiro ilə futbol oyunu təşkil edib.
34 yaşlı futbolçunun böyük oğlunun qoruduğu qapıya qol vurduğu videoya Messinin həyat yoldaşı "Uşaqlar qalib gəlsin" istəyini yazıb.