Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 09:40
İngiltərəli keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin aprelin 9-da amerikalı milyarder Nelson Peltzin qızı Nikol Peltzlə nikah masasına oturacaq.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük artıq evlilik sözləşməsi də imzalayıb. Müqaviləyə əsasən, boşanma halında onların heç biri ailəsinin mirasından pay almayacaq.
Qeyd edək ki, Bekhemlər ailəsinin 380 milyon funt sterliq, Peltzlərin isə 1,3 milyard funt sterlinq sərvəti var.