Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gecə boyu Xarkova onlarla zərbə endirilib

Gecə boyu Xarkova onlarla zərbə endirilib

Tarix: 6 Aprel 2022 13:50

Gecə Rusiya ordusu Xarkova 30-a qədər zərbə endirib.

Milli.Az bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov Telegram kanalında məlumat verib.

"Yenə gecə saatlarında ruslar Xarkov şəhərinin yaşayış məntəqələrinə müxtəlif növ silahlardan 27-yə yaxın zərbə endiriblər. Düşmən bizi ruhdan salmaq istəyir və mülki infrastruktura xaotik zərbələr endirməkdə davam edir", - Sinegubov yazıb.

Sədr vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində mövqe tutur.

"Bu gün İzyum istiqamətində aktiv döyüşlər gedir. Ruslar yarıb keçməyə çalışırlar, lakin buna nail ola bilmirlər, və böyük itkilər verirlər", - Sinegubov bildirib.

O, vətəndaşlara müraciət edərək qeyd edib ki, hakimiyyət İzyum bölgəsində təxliyə tədbirləri həyata keçirir, buna görə də onları yerli hökumətlərin mesajlarına əməl etməyə və mümkünsə müvəqqəti olaraq daha təhlükəsiz yerlərə köçməyə çağırıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Gecə boyu Xarkova onlarla zərbə endirilib


RƏYLƏR