Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 15:50
Paytaxtın əksər ərazilərində belə dayanacaqlara rast gəlirik. Sərnişinlər deyirlər ki, əllərində plastik kart, ciblərində pulları olsa da ödəmə terminalı tapmaqda çətinlik çəkirlər. Hətta bəzi dayanacaqlarda əvvəllər bu aparatlar mövcud olsa da, indi onlar da götürülüb.
Yaranan problem avtobus sürücülərinin də işinə təsir edir. Onların sözlərinə görə, sərnişinlər kart balansına pul yükləyə bilmədiyindən nəqliyyat vasitəsinə ödənişsiz daxil olmağa cəhd edirlər.
Öyrənmək istədik, görək problem nə vaxtsa həllini tapacaqmı? Əvvəlcə Bakı Nəqliyyat Agentliyinə üz tutduq. Qurumdan deyildi ki, bu məsələ artıq onların səlahiyyətində deyil.
Daxili İşlər Nazirliyindən isə bildirildi ki, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinin bir hissəsinin Nazirliyə keçməsindən sonra dayanacaqlarda hərəkət marşrutları ilə bağlı məlumatların onlayn təminatının təşkil ilə bağlı tədbirlərə başlanıb. Növbəti mərhələdə ödəmə terminallarına dair işlər də görüləcək.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: