Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 17:40
Türkiyədə "Güldür güldür" komediya proqramı ilə məşhurlaşan aktyor Giray Altınok azərbaycanlı müğənni İradə İbrahimova ilə bağlı paylaşım edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, sənətçinin "Neyləyək" mahnısını dinlədiyi anları instaqramda paylaşıb. Mahnını İbrahimova ilə birgə oxuyan Altınok "İradə İbrahimovanın əsgərləriyik", - deyə, bildirib.
Qeyd edək ki, daha öncə məşhur komediya aktyoru Cem Yılmaz "Ali baba və 7 cüceler" filmində həmin mahnıdan istifadə etmişdi. Hətta ekran işində mahnını Zafer Algözlə birgə səsləndirmiş, məşqlərdə İbrahimova da iştirak etmişdi.