Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaur Baxşəliyev anasının evini nümayiş etdirdi - VİDEO

Zaur Baxşəliyev anasının evini nümayiş etdirdi - VİDEO

Tarix: 8 Aprel 2022 18:05

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, o, instaqram hesabında anası Dilavər xanımın evini nümayiş etdirib. Canlı yayım açan Baxşəliyev iki mərtəbə mənzili qarış-qarış gəzərək çəkiliş edib.

Ev daha çox sadə görüntüsü ilə diqqət çəkib. Mənzildə bir çox qədimi əşyalar yer alıb. Baxşəliyev atasının evi böyük və geniş tikdirdiyini və hər bir otaqda ona aid bir xatirə olduğundan anasının mənzilin dizaynını dəyişdirmədiyini deyib.

Çəkiliş zamanı Zaur ilk maaşı ilə anasına aldığı mətbəx mebelini də göstərib. 

Aparıcının anasının evi ilə bağlı etdiyi paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Qısa müddət ərzində videoya minlərlə bəyənmə gəlib.


Etiketlər:  Zaur Baxşəliyev anasının evini nümayiş etdirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ