Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 12:32
"Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Çünki müharibəni yalnız Rusiya Prezidenti Vladimir Putin dayandıra bilər".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.
"Putinlə birbaşa danışıqlar ideyası bu gün də, hətta Buça və Kramatorskda baş verən müharibə cinayətlərindən sonra da aktualdır. Savaşın nə vaxt bitəcəyinə yalnız Putin qərar verə bilər. Rusiyada müharibəni dayandıra biləcək başqa qüvvə yoxdur", - o bildirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna danışıqlar heyətinin rəhbəri David Araxamia V.Zelenski ilə V.Putin arasında mümkün görüşün harada və nə vaxt keçiriləcəyinin hələ məlum olmadığını söyləmişdi.