Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Uşağın şilləsi olmalıdır”

''Uşağın şilləsi olmalıdır”

Tarix: 9 Aprel 2022 13:20

"Atam məni nadir hallarda döyüb. İlk dəfə tutarlı şilləsi 7-ci sinifdə oxuyanda olub. Bir dəfə qapını möhkəm çırpdım, gəldi vurdu. Dedi, səndən yığırdım".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid "Səhər mərkəzi" proqramında deyib.

Sənətçinin ona ünvanlanan "İlk şilləniz" sualından sonra bu fikirləri səsləndirib. Aparıcı Tural Əsədov müğənninin etirafından sonra "İstənilən halda biz şiddətə qarşı çıxırıq, dəstəkləmirik" sözlərini işlədib.

Əbdül isə ailədaxili şiddəti dəstəklədiyini bildirib:

"Mən şiddətin tərəfdarıyam. Öz yanaşmam var. Demirəm ki, uşağın əlini qazın üstünə basın. Amma uşağın şilləsi olmalıdır".

Onun bu fikirləri digər qonaq Nazilə Səfərli və aparıcı Afaq Gəncəlinin təəccübünə səbəb olub. T.Əsədov müğənnini mahnı səsləndirməyə dəvət edərək onun sözünü kəsib.


Etiketlər:  Uşağın şilləsi olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ