Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya artıq Donbasa hücuma başlayıb

Rusiya artıq Donbasa hücuma  başlayıb

Tarix: 10 Aprel 2022 12:14

"Rusiya qoşunlarının Donbasa hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir".

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç Mark Feyqinə müsahibəsində danışıb.

Aretoviç bildirib ki, Rusiya həm şimaldan, həm də cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacaq:

"İndi hamı ikinci eşelon gözləyir. İkinci eşelon da: bunlar Uzaq Şərqdən gələn 10 BTQ (batalyon taktiki qrupları), sonuncu 5-ci Ordu; şimaldan isə bizdən geri çəkilənlərdir. - Kiyevdən, Çerniqovdan və Sumıdan".
Arestoviçin sözlərinə görə, Uzaq Şərqdən gələn əlavələr hələ də hücum mövqelərinə çatmayıb. Qoşunlar isə hələ hücuma hazır deyil, şimaldan çıxarılıb.


Etiketlər:  Rusiya artıq Donbasa hücuma başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ