Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynaya daha çox silah verəcək

ABŞ Ukraynaya daha çox silah  verəcək

Tarix: 10 Aprel 2022 19:34

ABŞ Ukraynanı sahil müdafiə sistemləri ilə təmin etmək üçün tərəfdaşları ilə işləyir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu bu gün CNN telekanalına müsahibəsində ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib:

"Biz tərəfdaşlarla işləyirik ki, Ukraynanı Qara dənizdəki təhlükələri neytrallaşdırmaq üçün istifadə edə biləcəyi müdafiə sistemləri ilə təmin edək".

Bloomberg-in məlumatına görə, Sallivan həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü artırmaq planı üzərində işləyir və Ukrayna hərbçilərinin ölkədən kənarda təlim keçmək imkanlarını araşdırır:

"Siz indicə sahilyanı müdafiə sisteminin spesifik versiyasına malik olan Britaniya tərəfdən eşitdiniz ki, onlar onu Ukraynaya tədarük etmək niyyətindədir. Biz bu məsələdə Britaniya tərəfi ilə sıx işləyirik.

Sallivan həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü artırmaq planı üzərində işləyir və Ukrayna hərbçilərinin ölkədən kənarda təlim keçmək imkanlarını araşdırır.


Etiketlər:  ABŞ Ukraynaya daha çox silah verəcək


RƏYLƏR