Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadakı müharibəyə görə 42 ölkə Haaqa məhkəməsinə müraciət edib

Ukraynadakı müharibəyə görə 42 ölkə Haaqa məhkəməsinə müraciət edib

Tarix: 11 Aprel 2022 08:14

Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətlərin təhqiqatına 40-dan çox ölkə qoşulub.

Sonxeber.net "report"-a istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Denis Malyuska bildirib.

Onun sözlərinə görə, Ukraynanın hər yerindən ekspertlər Buçadakı sübutların toplanması üzərində işləyirlər, lakin belə cinayətlərin sayı o qədər çoxdur ki, kifayət qədər resurslar yoxdur:

"Artıq 42 ölkə Haaqadakı beynəlxalq məhkəməyə müraciət edib, hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb, bu ölkələrin müraciəti Ukrayna üçün proseduru sadələşdirib və sürətləndirib".

Nazir qeyd edib ki, cinayət əmri verənlərin günahını sübut etmək ən çətindir.


Etiketlər:  Ukraynadakı müharibəyə görə ölkə Haaqa məhkəməsinə müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ