Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 18:40
Xalq artisti Mehriban Zəki arxiv görüntüsünü paylaşıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi İnstaqram "Story"də bölüşdüyü fotosunda 21 yaşında olduğunu bildirib.
"Çoxdan, lap çoxdan" şərhini yazan aktrisanın bu görüntüsü onun tələbəlik dövrlərinə təsadüf edir.
Qeyd edək ki, 55 yaşlı M.Zəki 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. İndiyədək bir çox filmlərdə və tamaşalarda müxtəlif obrazları canlandıran sənətçi 1998-ci ildə "Əməkdar artist", 2018-ci ildə isə "Xalq artisti" fəxri adına layiq görülüb.