Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada nazir daşqın vaxtı məzuniyyətə çıxdığı üçün istefa verdi

Almaniyada nazir daşqın vaxtı məzuniyyətə çıxdığı üçün istefa verdi

Tarix: 11 Aprel 2022 20:38

Almaniyada ötən il daşqınlardan qısa müddət sonra istirahətə getdiyi üçün tənqid olunan nazir istefa verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Almaniyanın ailə və gənclər naziri Anne Spiegel istefa verib.

O, Reynland-Pfaltsda keçən il baş vermiş dağıdıcı daşqınlardan qısa müddət sonra dörd həftəlik məzuniyyətə çıxdığı üçün tənqid olunurdu.

Aprelin 10-da canlı yayımda çıxışı zamanı nazir Spiegel vətəndaşlardan üzr istəmişdi. Lakin bu gün o, siyasi təzyiqlərə görə istefa vermək qərarını açıqlayıb.

Şolts hökumətində bu vəzifəni tutmazdan əvvəl o, ətraf mühit naziri və Almaniyada 180-dən çox insanın ölümü ilə nəticələnən 2021-ci ilin iyulunda daşqınlardan ən çox zərər çəkmiş əyalət olan Reynland-Pfalts vilayətinin rəhbərinin müavini olub.

"Bild am Sonntag" qəzeti, Anne Spiegelin Almaniyanın qərbində baş verən təbii fəlakətdən 10 gün sonra Fransaya tətilə getdiyini yazıb.


Etiketlər:  Almaniyada nazir daşqın vaxtı məzuniyyətə çıxdığı üçün istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ