Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 12:14
"Ailəmizin bir yerdə yaşadığı evimiz var idi, itlərimiz, bir həyatımız var idi. Ancaq bizə "xilasedicilər" qonaq gəldilər..."
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Kiyev yaxınlığında yaşayan qadın Rusiya ordusunun əməliyyatlarından əvvəl və sonrakı həyatı barədə danışarkən bildirib.
Onun sözlərinə görə, fevralın 24-də ailəsi şəhəri tərk etmək qərarına gəlib və daha təhlükəsiz olduğunu düşünərək Kiyevdən kənara köçüb. Onlarla birlikdə 30 nəfər də yollanıb.
"O zaman necə də yanılmışdıq! Evdə kiçik uşaqlar, artıq ikinci müharibəni yaşayan nənəm, qadınlar var idi. Hər gün sağ qalmağa, sadəcə sağ qalmağa çalışırdıq. Onlar pulemyotlarla evə soxulurdular, yanımızda davamlı partlayışlar, atışma səsləri eşidilirdi, pəncərələrdən qaçdıq, səngərə və başqa "təhlükəsiz" yerə çatmaq üçün üçmetrlik hasarlardan tullanırdıq. Bizi, qadınları və uşaqları qonşu kəndə qonşular, sadə insanlar aparmağa nail oldular, hansı ki, bizim həyatımızı xilas etdikdən sonra güllələndilər... Demək olar ki, bütün qonşular ölüb və ya yaralanıblar. Bütün itlər dərhal öldürüldü", - deyə qadın yaşadığı dəhşətlər barədə özünün sosial şəbəkə hesabından danışıb.