Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 15:32
Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2802,2 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 538,9 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çoxdur.
Bu barədə Sonxeber.net Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir.
Həmin vəsaitin 80,1 faizi və yaxud 2244,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 737,7 milyon manat və ya 49,0 faiz çox olmuşdur.