Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 13:36
İspaniyada "Atletiko" və "Mançester Siti" arasında keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda dava düşüb.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, "Vanda Metropolitano" stadionundakı matçın sonlarında meydan sahiblərinin müdafiəçisi Felipe yan xəttə yaxın hissədə qonaqların yarımmüdafiəçisi Fil Fodenə qarşı kobudluq edib.
Yerə yıxılan ingiltərəli oyunçu özünü meydançanın içərisinə atmağa çalışarkən Madrid klubunun digər futbolçusu Stefan Saviç Fodeni kənara doğru itələyib. Bundan sonra iki komandanın oyunçuları arasında insident baş verib.
Daha sonra Saviç "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin saçını dartıb. Hadisələrin gedişatını kənardan izləyən oyunun almaniyalı baş hakimi Daniel Zibert Felipeni meydandan qovub. Saviç və Foden isə sarı vərəqə ilə cəzalandırılıblar.
İnsidentə görə oyunda məcburi fasilə yaranıb. Bu səbəbdən görüşün əsas vaxtına 9 dəqiqə əlavə olunub.
Qqarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Mançesterdəki ilk matçda rəqibini 1:0 hesabı ilə məğlub edən "şəhərlilər" yarımfinala adlayaraq, İspaniyanın digər təmsilçisi "Real Madrid"ə rəqib olub.