Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 16:14
Rostov vilayətində (Rusiya) yollarda sürücülərdən pul tələb edən 28 yol polisi əməkdaşı saxlanılıb.
Sonxeber.net RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, şübhəlilər M-4 Don şossesi ilə hərəkət edən avtomobillərin guya yol hərəkətini pozduğunu əks etdirən saxta fotolar hazırlayıb sürücülərə təqdim ediblər. Bunun müqabilində onlardan 5000 rubl pul tələb ediblər. Beləliklə, 2017-ci ildən 2020-ci ilə qədər fırıldaqçılar 14 milyon rubldan çox vəsait əldəe diblər.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (rüşvət alma) ilə üç cinayət işi başlanıb. Təqsirləndirilən şəxslərin evlərində və xidmət etdikləri yerlərdə 95 axtarış aparılıb.
Anar Əli